Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın xarici işlər naziri Annalena Baerbokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflərin regionda sülh və iki tərəfli əlaqələr barədə müzakirələr apardığı deyilir.
Qeyd etmək lazımdır ki, nazir erməni həmkarı Ararat Mirzoyanla da, görüşüb. Baerbokun Azərbaycana səfər edəcəyi gözlənilir.