Bu gün saat 15:00-da Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar iclası keçiriləcək. Gündəliyə Milli Assambleyanın üzvünə mandat verilməsi və İrəvan Ağsaqqallar Şurasının üzvünə mandat verilməsi üçün protokolların hazırlanması daxildir.
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan bir neçə aydır ki, həbsdədir. O, sentyabr ayında keçirilən mitinqlər zamanı həbs edilmişdi. Onu həbsdən azad etmək məqsədilə, parlamentdə boşalan yerə onun təyinatı baş tutacaq. Nəticədə, Levon həbsdən azad ediləcək.