Ermənistanın müxalifət liderlərdinən biri Jirayr Sefilyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətində (MTX) terror işi ilə bağlı şahid qismində dindirilib. Dindirmə zamanı Sefilyan həbs edilənlərdən ikisi ilə tanış olduğunu açıqlayıb və onlarla heç bir siyasi əlaqəsi olmadığını bildirib.
Amma onu da etiraf edib ki, saxlanılan şəxslərdən ikisi bir müddət öncə onunla əlaqə saxlayıb və Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətlərinin olduğunu deyib.