Moskva Liviya ilə Rusiya hərbi bazasının bu ölkədə yerləşdirilməsi ilə bağlı danışıqlar aparır. Bloombergin diplomatik mənbələrə istinadən yazdığına görə bu məsələ ilə bağlı müzakirələr sentyabrın sonunda başlayıb.
Qeyd edək ki, bu danışıqlar Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftarın Moskvaya səfəri və prezident Putinlə görüşündən sonra baş tutub.