Rusiyada gələn il prezident seçkiləri keçiriləcək. Hamını maraqlandıran sullardan biri hazırkı prezident Vladimir Putinin növbəti seçkidə iştirakı ilə bağlıdır.
Bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələ seçkilərdə iştirakını elan etməyib.
Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçiriləcəyi güman edilir.