İndoneziya prezidenti Coko Vidodo noyabrda amerikalı həmkarı Co Baydenlə görüşəcək. Bu barədə “Reuters” İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Görüş böyük ehtimalla Ağ Evdə baş tutacağı deyilir.
Agentlik qeyd edir ki, görüşün tarixi hələlik məlum deyil, lakin İndoneziya prezidentinin noyabrın 15-17-də San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı planlaşdırılır.