İran prezidenti İbrahim Rəisinin İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak etmək üçün noyabrın 12-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə gedəcəyi bildirilir.
İslam Əməkdaşlıq Təşkilatının Katibliyi bir qədər əvvəl bildirmişdi ki, üzv dövlətlərin liderlərinin görüşü planlaşdırılıb və görüş zamanı İsrailin Fələstin xalqına qarşı təcavüzü müzakirə ediləcək.