Slovakiyanın yeni hökuməti Ukraynanın hərbi yardım göstərmək istəyini təmin etməkdən imtina edib.
Həmin proqrama əsasən, Ukraynaya təxminən 40 milyon avro dəyərində silah-sursat, o cümlədən 140 zenit raketi və 5000-ə yaxın 125 millimetr çaplı artilleriya mərmisi verilməsi nəzərdə tutulurdu.
Rusiya-Ukrayna müharibəsi başlayandan Slovakiya Ukraynanı təxminən 670 milyon avro dəyərində silahla təmin edib.