Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında bloklanan xarici investorların vəsaitlərinin bir hissəsinin Rusiyanın xaricdə dondurulmuş aktivləri ilə “dəyişdirilməsi” haqqında fərman imzalayıb. Müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra, Rusiyanın bir çox qərb ölkələrində olan aktivləri dondurulmuşdu. Rusiya da, öz növbəsində həmin ölkələrdən olan şəxslərin vəsaitlərini dondurmuşdu.