ABŞ Suriyada SEPAH-a məxsus silah anbarına zərbələr endirdiyini açıqlayıb. ABŞ Müdafiə naziri bildirib ki, oktyabr ayı ərzində İranın dəstəklədiyi qruplar İraq və Suriyada ABŞ əsgərlərinə 40-dan çox hücumlar keçirib və nəticədə ABŞ əsgərləri yaralanıb.
ABŞ müdafiə naziri Austin, hücumların davam edəcəyi təqdirdə əlavə tədbirlər barədə xəbərdarlıq edib.