Rusiya prezidenti Vladimir Putin Qazaxıstanda səfərdədir. Səfər çərçivəsində Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək və ikitərəfli müzakirələr aparacaq.
Müzakirələrdə ikitərəfli əməkdaşlığın perspektivləri və aktual beynəlxalq məsələlər müzakirə olunacağı bildirilir. Həmçinin iki ölkə arasında bir sıra sənədlərin imzalanması da gündəmdədir. Danışıqlardan sonra hər iki liderin mətbuata açıqlama verəcəyi gözlənilir.