Rusiya vətəndaşlarının Qəzzadan evakuasiyası başlayıb. Rusiya vətəndaşı Elena Radvan digər həmvətənləri ilə birlikdə Qəzza zolağından təxliyəyə hazırlaşdığını təsdiqləyib. Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsində Qəzza zolağından çıxmağı gözləyən 500-dən çox Rusiya vətəndaşının anklavı tərk etməyə hazır olduğu bildirilir.
Ərazidə həmçinin 700 dən çox Belarusiya və Qazaxıstan vətəndaşlarının olduğu deyilir.