Ərdoğan ABŞ-ı Türkiyəni dəstəkləməyə çağırıb
15:02
10.11.2023
Baxılıb: 4107
Ərdoğan ABŞ-ı Türkiyəni dəstəkləməyə çağırıb

 Özbəkistandan qayıtdıqdan sonra keçirdiyi brifinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin probleminin həllinin davamlı sülh və hərtərəfli beynəlxalq hüquqi nizamın əldə edilməsi üçün mühüm rol oynadığını vurğulayıb və  Qərbi Qəzzada atəşkəs təşəbbüsü üçün İsrailə təzyiq göstərməyə çağırıb.

 

O, Türkiyənin böhranı həll etmək üçün fəal səylərini qeyd edib və ABŞ-ı da bu səyləri dəstəkləməyə çağırıb.  

Digər xəbərlər