Fransa prezidenti Emmanuel Makron BBC-yə verdiyi eksklüziv müsahibədə İsraili Qəzzada mülki əhalinin öldürülməsini dayandırmağa çağırıb. Makron bildirib ki, atəşkəs İsrailin xeyrinə olacaq.
Makron İsrailin özünümüdafiə haqqını tanıdığını bildirir amma eyni zamanda Qəzzanı bombalamağı dayandırmağı tələb edir.
Qeyd etmək lazımdır ki, Fransa HƏMAS-ın “terrorçu” hərəkətlərini pislədiyini də açıqlayıb.