Aktiv vergi ödəyicilərinin sayı artıb
11:10
13.11.2023
Baxılıb: 4134
Aktiv vergi ödəyicilərinin sayı artıb

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, 2023-cü il noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,1  faiz artaraq 755,4 min olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,2 faiz artıb və 44,8 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9 faiz artaraq 204,2 minə çatıb.

Digər xəbərlər