Bazar günü İspaniyada yüz minlərlə insan Kataloniya separatçıları üçün nəzərdə tutulan amnistiyaya qarşı kütləvi etirazlarda iştirak edib. Baş nazir Pedro Sançes hökümətinin növbəti 4 illik səlahiyyət müddətini təmin etmək üçün danışıqların bir hissəsi olaraq Kataloniyanın müstəqillik tərəfdarı olan iki partiyaya amnistiya elan etməyi öhdəsinə götürüb.
Qeyd etmək lazımdır ki, hökumətin qurulması üçün son tarix olan 27 Noyabr müəyyən edilib. Bu tarixə qədər hökümət qurulmasıa İspaniyada yanvarın 14-də növbədənkənar seçkilər keçirilməlidir.