ABŞ İrana məxsus olduğu deyilən hərbi obyektləri vurub
SİYASƏT
14:20
13.11.2023
Baxılıb: 4017
ABŞ İrana məxsus olduğu deyilən hərbi obyektləri vurub

Pentaqonun məlumatına görə, Birləşmiş Ştatlar Suriya və İraqda Amerika hərbçilərinə qarşı son hücumlara cavab olaraq Suriyanın şərqində İrana bağlı obyektlərə iki hava hücumu həyata keçirib. Müdafiə naziri Lloyd Ostin bəyan edib ki, dəqiq zərbələr İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qrupların istifadə etdiyi obyektlərə yönəlib.

 

Müdafiə naziri bildirib ki, bu zərbələrin endirilməsi barədə göstərişi Prezident Co Bayden verib. Bu, ABŞ-ın üç həftə ərzində İranla əlaqəli Suriya ərazilərinə üçüncü belə hücumudur.

Digər xəbərlər