Gürcüstanın keçmiş müdafiə naziri Tengiz Kitovani 86 yaşında dünyasını dəyişib. O, ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın hakimiyyətdən kənarlaşdırılmasında mühüm rol oynayıb. Kitovani qeyri-qanuni silahlı birləşmələr təşkil etmə ittihamı ilə 1996-cı ilin oktyabrında səkkiz il müddətinə həbs edilmişdi. Lakin 1999-cu ilin mayında o, o vaxtkı prezident Şevardnadze tərəfindən əfv olundu.
2000-ci illərin əvvəllərində Moskvaya köçən Kitovani , ancaq 2012-ci ildə Gürcüstana qayıtmışdı.