Rusiyada, Ukraynada gedən müharibədə əmrlərə əməl etməkdən boyun qaçıran könüllülərin cinayət məsuliyyətinə cəlb edilməsi təklif edilir. Bununla bağlı qanun layihəsi artıq Dövlət Dumasına təqdim edilib.
Rusiya prezidenti ötən həftə bəyan edib ki, müqavilədə nəzərdə tutulan xidmət müddətindən asılı olmayaraq, Ukraynaya qarşı müharibədə iştirak edən könüllülər hərbi əməliyyatlar bitənə qədər vətənə qayıtmayacaqlar.