ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermakla görüşüb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, tərəflər döyüş meydanındakı son hadisələri və qışa hazırlığı, o cümlədən Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələrinin verilməsini davam etdirməyi müzakirə ediblər.