İsrail ordusu bu gün Qəzza şəhərində HƏMAS-ın idarə etdiyi parlamenti, hökumət binasını və digər rəsmi binaları ələ keçirdiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, HƏMAS və İsrail arasında altı həftədir davam edən döyüşlər səbəbindən son on gündə daha 200 min fələstinli Qəzza zolağının cənubuna köçüb. Ümumilikdə, oktyabrın 7-də müharibə başlayandan bəri Qəzza zolağında yaşayan 2,3 milyon insanın üçdə ikisi qaçqın düşüb.