İsrail ordusunun Qəzza zolağında "Həmas"ın komanda məntəqəsinin yerləşdiyi ən böyük Əl-Şifa xəstəxanasına daxil olduğu bildirilir. Xəstəxananın girişində silahlı toqquşmaların baş verdiyi, və nəticədə HƏMAS üzvlərinin məhv edildiyi bildirilir.
İsrail ordusu bildirir ki, ordu xəstəxanaya körpələr üçün inkubatorlar, körpə qidası və digər zəruri tibbi ləvazimatlar gətirib.
Xəstəxananın direktoru Mohamed Zakout Reuters agentliyinə bildirib ki, xəstəxananın içərisində, o cümlədən təcili yardım və əməliyyat palatalarında İsrail tankları və əsgərləri var.