Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanı Moskva ilə əvvəlki razılaşmalardan uzaqlaşmasına tənqid edib, və Rusiyanın Ermənistana oxşar cavab verəcəyi barədə xəbərdarlıq edib.
Zaxarova həmçinin ABŞ vəAvropa İttifaqını Ermənistan-Azərbaycan münasibətlərində müsbət irəliləyişə xələl gətirməkdə ittiham edib. O, xəbərdarlıq edib ki, xarici qüvvələrin təsiri altında olan və mövcud üçtərəfli razılaşmalardan kənar fəaliyyət göstərən Ermənistan gələcək regional layihələrdən uzaq qala bilər.