Co Bayden və Si Cinpin 4 saat danışıblar
SİYASƏT
14:11
16.11.2023
Baxılıb: 1986
Co Bayden və Si Cinpin 4 saat danışıblar

Dünən ABŞ prezidentləri Co Bayden və Çin prezidenti Si Cinpin Kaliforniyanın San-Fransisko şəhərində təxminən dörd saat davam edən danışıqlar aparıblar.

 

Reuters xəbər verir ki, hər iki lider birbaşa prezident qaynar xəttinin yaradılması və hərbi əlaqələri bərpa etmək barədə razılığa gəliblər.

 

Görüşün əsas məqamı isə hər iki hökumətin hərbi təmasları bərpa etmək qərarı olub. Beləki Çin Nensi Pelosinin 2022-ci ilin avqustunda Tayvana səfərindən sonra bu əlaqələri kəsdiyini bəyan etmişdi. 

Digər xəbərlər