DTX daha bir Xocalı canisini saxlayıb
SİYASƏT
10:16
20.11.2023
Baxılıb: 6246
DTX daha bir Xocalı canisini saxlayıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır.

Əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1  318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişdir. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirmişdir ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılmışdır.

 

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat vermişdir.

 

Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"ICE Futures Europe": Dünyada yaşıl istiqamətlər üzrə investisiya qoyuluşu mexanizmləri qurulmalıdır
20:26
İsrail ordusu Qəzzada 450-dən çox radikalın məhv edildiyini açıqlayıb
20:23
Azərbaycan və Belarus baş nazirləri qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər
19:55
Narışkin: Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir
19:43
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq
19:42
Naxçıvanda dövlət xəttilə verilən ipoteka kreditlərinin maksimal məbləği artırılıb
19:37
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
19:35
Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib
19:32
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinətin məbləği artırılır
16:33
Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub
16:29
Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
16:27
Tərtərdə xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi başlanılıb
16:25
Lukaşenko: Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib
12:50
Böyük Britaniya rəsmisi: "Təbii fəlakətlərin vurduğu zərəri minimuma endirmək olar"
12:48
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
12:45
Prezident İlham Əliyev Cəbrayıl rayonuna gedib
12:37
"Dildə, Fikirdə, İşdə Birlik"
12:16
Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır
12:14
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik"
12:12
COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
12:10