Energetika Nazirliyində İctimai şuranın üzvləri ilə görüş keçirilib
SİYASƏT
15:21
20.11.2023
Baxılıb: 6687
Energetika Nazirliyində İctimai şuranın üzvləri ilə görüş keçirilib

Noyabrın 17-də energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyi yanında yaradılmış 2-ci tərkib İctimai şuranın üzvləri ilə görüşüb.

 

Nazir İctimai şuraya yeni seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaş-dövlət münasibətlərinin inkişaf etdirilməsi məqsədilə vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlıqla bağlı müvafiq tapşırıq və tövsiyələr verildiyini vurğulayıb. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.

 

Görüşdə yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsində İctimai şura üzvlərinin rəy və təkliflərinə bundan sonra da diqqətlə yanaşılacağı vurğulanıb, sıx əməkdaşlıq şəraitində uğurlu fəaliyyətin təmin ediləcəyinə əminlik ifadə olunub. Görüş zamanı İctimai şuranın üzvləri şəffaf və ədalətli seçkiyə görə təşəkkür edərək, aktiv əməkdaşlığa hazır olduqlarını bildiriblər.

 

Sonra energetika naziri İctimai şuranın üzvlərinə üzvlük vəsiqələrini təqdim edib. İctimai şuranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nazirliyin müvafiq struktur bolmələrinə tapşırıqlar verib. Qeyd edək ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Energetika Nazirliyi yanında yaradılmış 2-ci tərkib İctimai şura 7 nəfər üzvdən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51