Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib ki, Qəzzadan rusların təxliyəsi üzrə işlər davam edir. Noyabrın 12-dən etibarən 500-dən çox insan Qəzza zolağından xüsusi reyslərlə Rusiya Federasiyasına aparıldığı bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, ümumilikdə 1 mindən çox insan evakuasiya siyahılarına yazılmışdır.