Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin bu gün Ukraynaya səfər edib. Kiyevə gəldikdən sonra sosial şəbəkədəkə paylaşım edən Ostin, səfərin məqsədinin Ukrayna rəhbərliyinə mühüm mesaj çatdırmaq olduğunu bildirib.
Ostin Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyininin davam edəcəyini vurğulayıb.