Ukrayna və Rusiya hərbçilərin cəsədlərini dəyişdiriblər. Mübadilə zamanı Ukrayna 94, Rusiya isə 80 cəsəd qəbul edib.
Mübadilədə Beynəlxalq Qızıl Xaç Komitəsi və Ukraynanın müxtəlif təhlükəsizlik və müdafiə qurumları iştirak ediblər.
Bu, iki ölkə arasında ikinci mübadilədir, əvvəlki mübadilə zamanı 60 cəsəd Rusiyaya, 64 cəsəd isə Ukraynaya qaytarılmışdı.