Rus diplomatların Şengen zonası daxilində hərəkəti məhdudlaşdırıla bilər
SİYASƏT
14:26
21.11.2023
Baxılıb: 1882
Rus diplomatların Şengen zonası daxilində hərəkəti məhdudlaşdırıla bilər

Çexiya Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının 12-ci paketi üzrə davam edən müzakirələr zamanı maraqlı təklif verib. Çexiya təklif edib ki, Şengen zonasında təhlükəsizliyi artırmaq məqsədi ilə yalnız rus diplomatlarının yerləşdiyi ölkədə viza və yaşayış icazələrinin verilməsini və diplomatlardan yalnız biometrik pasportların qəbul edilsin. 

 

Rəsmi Praqa təklifini bununla izah edir ki, bu tədbirlər Rusiya kəşfiyyatçılarının Şengen zonasına potensial sızmasının qarşısını ala bilər. Biometrik passport tələbi isə, passport saxtakarlığının qarşısını almaq məqsədi daşıyır. 

Digər xəbərlər