“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olunub
SİYASƏT
15:05
21.11.2023
Baxılıb: 2312
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olunub

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olunub.

 

Kitabda “Gürcüstanla ilk tanışlıq”, “Dostluq rəmzi – həm yol, həm körpü”, “Bakı–Supsa neft kəmərinin açılış mərasimi”, “Dəyişməz qərar”, “Heydər Əliyev və Eduard Şevardnadze mətbuat konfransında”, “Heydər Əliyevin Tbilisi Dövlət Universitetində nitqi”, “Heydər Əliyev və Gürcüstan”, “Dünya Heydər Əliyev haqqında” kimi sənədli materiallar, dost ölkədə təşkil olunmuş ictimai-siyasi, mədəni tədbirlər çıxışların stenoqramı və arxiv fotoları ilə təqdim edilir.

Digər xəbərlər