Kosovoda etnik serblərlə polis arasında silahlı toqquşmalardan sonra NATO regionda sülhməramlıların sayını artırmağı nəzərdən keçirdiyini açıqlayıb.
NATO-nun baş katibi Yens Stoltenberq Kosovoya səfəri zamanı jurnalistlərə deyib ki, NATO bölgədəki gərginliyi nəzarətdə saxlamaq üçün Balkanların qərbində daimi olaraq qoşunlarının sayını artıra bilər.
Sentyabrda silahlı etnik serblərlə polis arasında toqquşmalardan sonra NATO Britaniya və Rumıniyadan Kosovoya yüzlərlə əlavə qüvvə göndərib.