Gürcüstan prezidenti Salome Zurabaşvilinin Gambora adlı iti yoxa çıxıb. Prezident bu barədə sosial şəbəkə hesabında məlumat yayaraq, itini görənlərdən onunla əlaqə yaratmalarını xahiş edib.
Zurabaşvili itin paytaxt Tbilisidə Vake-Saburtalo ərazisində Mziuri parkında itdiyini bildirib. Zurabaşvili, həmin iti bir neçə il öncə Gambora dağ keçidində tapdığını, bu səbəbdən də ona bu adı verdiyini yazıb.