Gürcüstanın paytaxtı Tbilisi küçələrində "Rusiya nömrəli avtomobillərə yox" yazıları peyda olmağa başlayıb. Bir müddət sonra Gürcüstan üçün Lelo partiyası öz sosial şəbəkə hesabında bu barədə paylaşım edərək, bu yazıların partiyanın gənc üzvləri tərəfindən yazıldığını bəyan edib.
Qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynaya hücumundan bəri minlərlə Rusiya vətəndaşı Gürcüstana köçüb.