ABŞ iki rus hərbçisinə sanksiya tətbiq edib
SİYASƏT
17:28
21.11.2023
Baxılıb: 3349
ABŞ iki rus hərbçisinə sanksiya tətbiq edib

ABŞ Ukraynanın Buça və Andreevka şəhərlərində dinc sakinləri öldürməkdə ittiham olunan iki rus hərbçisinə qarşı sanksiyalar tətbiq edib.

 

Dövlət Departamenti Rusiya ordusunun polkovniki, “Buça qəssabı” kimi tanınan Azatbek Omurbekov və əsgər Daniil Frolkini “qara siyahı”ya daxil edib.

 

Frolkin ötən il Andreevka kəndində mülki vətəndaşı soyaraq öldürdüyünü etiraf edib. Frolkinin əsgər yoldaşları da bildiriblər ki, dinc əhalinin öldürülməsi əmrini məhz Omurbekov verib.

Digər xəbərlər