Abşeron İcra Hakimiyyətində prokurorluq əməliyyat keçirib
SİYASƏT
17:30
21.11.2023
Baxılıb: 4926
Abşeron İcra Hakimiyyətində prokurorluq əməliyyat keçirib

Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin qanunsuz əməllləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

 

Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Ata 5 aylıq körpəsini döyərək öldürüb
14:03
Azərbaycan CIFTIS sərgisində təmsil olunur
14:01
Mərakeşdə erməni təxribatının qarşısı alınıb
13:59
Minlərlə cinayətkar küçələrdədir
13:51
Azərbaycanın yaşıl enerji siyasətinin “günəbaxanı” Qaradağ GES-dən – REPORTAJ
13:45
Antiterror tədbirləri - dünya hərb tarixinin mükəmməl örnəyi
13:39
Azərbaycan nümayəndə heyəti ŞKTC-nin aparıcı partiyasının qurultayında iştirak edəcək
11:54
Dubravka Cedoviç: "Azərbaycan qazının Serbiyaya əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq"
11:50
Uill Smitin Bakıda konserti baş tutub
11:48
Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
11:45
Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır
11:42
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:28
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45