Cənubi Afrika Parlamenti İsrail əleyhinə qərar qəbul edib
SİYASƏT
22:49
21.11.2023
Baxılıb: 1832
Cənubi Afrika Parlamenti İsrail əleyhinə qərar qəbul edib

Cənubi Afrika Parlamenti İsraillə diplomatik əlaqələrin kəsilməsi və İsrail səfirliyinin bağlanması təklifinin lehinə səs verib. ENCA telekanalının məlumatına görə, Milli Məclisdəki 400 deputatdan 248-i bu təklifi dəstəkləyib, 91-i isə əleyhinə çıxıb.

 

Parlament həmçinin qeyd edib ki, bu qərar atəşkəsiz imzalanana və BMT formatında danışıqlar başlayana qədər qüvvədə qalacaq. 

 

Qeyd etmək lazımdır ki, qərar simvolik xarakter daşıyır, çünki onu həyata keçirilməsi prezident Kiril Ramafosa hökumətinin ixtiyarındadır.

Digər xəbərlər