Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel gözlənilməz səfər çərçivəsində Kiyevə gəlib. Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən Şarl Mişel, gələn ay Ukraynanın Avropa İttifaqın üzvlük prosesi ilə bağlı keçiriləcək iclasdan danışıb.
Birgə mətbuat konfransı keçirən Mişel və Zelenski bildirib ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı keçiriləcək iclaslar elə də asan olmayacaq. Ukraynanın Avropa İttifaqına daxil olması üçün, bütün üzv ölkələrin dəstəyi vacibdir lakin bunu əldə etmək həmişə asan olmur.