Finlandiya və Rusiya sərhədində vəziyyət gərginləşməyə davam edir. Belə ki, bir neçə gün öncə Finlandiya Rusiya ilə sərhəddə yerləşən sərhəd keçid məntəqələrini bağlamaq qərarı verib. Bundan sonra isə, Finlandiya ilə sərhəddə Afrika və Orta Şərqdən gələn miqrantlarla dolub.
Finlandiya sərhəddəki miqrant sayının artmasında Rusiyanı ittiham edir. Finland tərəfi iddia edir ki, Rusiya bu miqrantlardan Finlandiyaya qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Qeyd etmək lazımdır ki, ötən il Belarusiya da, Polşa ilə sərhəddə oxşar yoldan istifadə edərək, Avropada miqrant böhranı yaratmağa çalışırdı.