İsrail və HƏMAS arasında müharibənin başladığı 7 oktyabrdan bəri ən azı 53 jurnalist həlak olub.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) qeyd edir ki, ölənlərdən 45-i fələstinli, 4-ü israilli, biri isə livanlıdır. Üç media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib.