İrəvan Ağsaqqallar Şurasının sessiyasında “Respublika” fraksiyasının rəhbəri Ani Xaçatryanla “Ana Ermənistan” fraksiyasının üzvü Sona Aqekyan arasında mübahisə başlayıb və sonda davaya çevrilib.
Ani Xaçatryan Sona Aqekyanı illər əvvəl keçmiş mer Taron Marqaryanın üstünə kanalizasiya suyu tökməsinə işarə edərək, Sona Ağekyanı “kanalizasiya kraliçası” adlandırıb və bundan dava başlayıb.