Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 22-23-də Minskdə keçiriləcək tədbirlərində iştirak etməmək qərarı erməni xalqının maraqlarına uyğun deyil.
Qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri, müdafiə naziri, xarici işlər naziri və parlamentin sədri KTMT-nin iclasında iştirak etməkdən imtina edib.