Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlir. Azərbaycan Prezidentinin dəvəti ilə noyabrın 25-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşəcək.
Konfransdan əvvəl Baş nazir Viktor Orbanın Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacağı planlaşdırılır.