TASS-ın məlumatına görə, Rusiyanın Rostov vilayətinin Kamenski rayonunda pilotsuz uçuş aparatı vurulub. Bu barədə vilayətin qubernatoru Vasili Qolubev özünün Telegram kanalında məlumat paylaşıb.
Rusiya müdafiə nazirliyi hadisəni Ukrayna tərəfdən hazırlanmış terror hücumuna cəhd kimi qiymətləndirib.