Avropa İttifaqının Xarici İşlər Nazirliyinin nümayəndəsi Peter Stano Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Makedoniyaya planlaşdırılan səfərinin Avropa sanksiyalarının pozulması kimi qiymətləndirilməyəcəyini açıqlayıb.
Stano vurğulayıb ki, Lavrovun iştirakına icazə verilməsi və ya Rusiya təyyarəsinin Aİ ərazisi üzərində uçmasına icazə verilməsi sanksiyaları pozmayacaq. Lavrovun sanksiyalar altında olmasına baxmayaraq, xüsusilə BMT və ya ATƏT kimi çoxtərəfli platformalarda iştirak üçün istisnalar mövcuddur.