Çin Xarici İşlər Nazirliyi Rusiya və Çinin Kerç boğazının altında sualtı tunelin inşası ilə bağlı birgə planları barədə yayılan xəbərləri təkzib edib. Çin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Vanq Venbin brifinq zamanı bu iddiaları təkzib edərək bildirib ki, belə bir layihə ilə bağlı hər hansı bir plan yoxdur.
Belə bir tunelin tikintisi Krımı Rusiya ilə bağlayan yeganə əlaqə vasitəsi olan körpüyə alternativ ola bilər.