Ukrayna və üç Baltikyanı ölkə ATƏT-in bu həftə Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək sammitində iştirak etməyərək baykot edəcək. Buna səbəb isə, sammitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun işində iştirakıdır.
Qeyd etmək lazımdır ki, Lavrov 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfə olaraq ATƏT-in sammitində iştirak edəcək.