Bir neçə saat əvvəl Brüsseldə başlayan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutub.
Görüşdə tərəflərin Qəzzadakı vəziyyəti, Rusiya-Ukrayna müharibəsini, İsveçin NATO-ya üzvlük perspektivlərini müzakirə edəcəyi açıqlanıb.
Blinken görüşdən əvvəl vurğulayıb ki, Türkiyə NATO-nun dəyərli tərəfdaşıdır.