Ukraynada soyuq havadan ölənlərin sayı artıb
SİYASƏT
22:37
28.11.2023
Baxılıb: 4110
Ukraynada soyuq havadan ölənlərin sayı artıb

Kəskin hava şəraiti Ukraynada  onsuz da, gərgin olan vəziyyəti daha da gərginləşdirib. Minlərlə insan elektrik enerjisindən məhrum olub.

 

Bazar günündən bəri Ukraynanı bürüyən qasırğalı küləklər və aramsız qar yağması nəticəsində on nəfər ölüb, 23 nəfər yaralanıb.

 

Fırtına Ukraynanın və Rusiyanın cənubunda, həmçinin Krım yarımadasında geniş dağıntılara səbəb olub.

Digər xəbərlər