Rusiya erməni tırlarını sərhəddən buraxmır
SİYASƏT
11:37
29.11.2023
Baxılıb: 5845
Rusiya erməni tırlarını sərhəddən buraxmır

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu olan Lars keçid məntəqəsi bağlanıb. Bağlanmaya səbəb kimi  rəsmi olaraq əlverişsiz hava şəraiti göstərilib. Rusiyaya mal daşıyacaq olan təxminən 2680 yük maşını Gürcüstan tərəfdə gözləməkdə davam edir. 

 

Sərhədin bağlanmasının arxasında siyasi motivlərin dayandığını iddia edənlər də var. İddialara görə, son zamanlar  Rusiya və Ermənistan arasındakı siyasi gərginlik fonunda, Rusiya öz bazarını erməni biznesmenlərə bağlamaqla Ermənistan üzərində təzyiq yaratmağa çalışır. 

 

Qeyd etmək lazımdır ki, Rusiya əvvəllər də, Gürcüstanı, Türkiyəni və başqa qonşu ölkələrə öz bazarını bağlamaqla təzyiq göstərməyə çalışıb. 

 

Məsələ ilə bağlı Ermənistan Respublikasının baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan erməni biznesləri üçün xaricdə alternativ bazar potensialından danışmaqla məsələnin siyasi ola biləcəyinə eyham vurub. Parlamentin spikeri Alen Simonyan bağlanmanın arxasında siyasi səbəblərin ola biləcəyini desə də, tələsik nəticələrə gəlməmək lazım olduğunu vurğulayıb.

 

Bundan əlavə Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan bildirib ki, bəzi yük maşınlarının keçidi təmin olunsa da, bəzilərin keçidinə imkan verilməyib. Nazirlik əməkdaşları hazırda bu məsələni araşdırır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Britaniya və Almaniya müdafiə sahəsində dərinləşdirilmiş əməkdaşlıq paktı imzalayacaq
13:23
Polşa Almaniyadan təzminat tələb etmək niyyətində deyil
13:22
Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir
13:20
ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə olub, ölən və zərərçəkənlər var
13:18
Blinken və Qalant İrana qarşı mübarizəni müzakirə ediblər
13:16
İsrail ordusu Livandan 140-a yaxın raket atəşini aşkar edib
13:14
Livanda hava hücumları nəticəsində 63 nəfər ölüb
13:13
Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
12:53
Avropa Hakimlər İttifaqı: Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq
07:32
Uqandada yanacaq avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb
07:26
İsrail Ordusu və Livan "Hizbullah" lideri Haşem Safiuddinin öldürüldüyünü təsdiqləyib
07:24
Kanadada 500-ə yaxın yeniyetmə səhvən seçkilərə səsverməyə dəvət edilib
07:19
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağının yeni təsvi
22:32
Prezident Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsvirini təsdiq edib
22:25
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
21:11
Rütte: Türkiyənin BRICS ölkələri ilə əməkdaşlığı ölkənin NATO-ya üzvlüyünə zidd deyil
21:09
Nə qədər yağış yağıb?
20:59
Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verib
20:53
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
20:01
ABŞ Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirir
19:59